SON XƏBƏR

İcra başçısının oğlu ilə Zeynal Nağdəliyevin qohumları arasında dava olub? – İDDİA

Avqust 08
20:22 2021
Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin oğlu Rəşad Əliyevlə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin qohumları arasında dava olub.

Yenicag.az xəbər verir ki, bu iddia ilə tanınmış jurnalist Cəmil Məmmədli çıxış edib.

Hadisənin qadın üstündə olduğu iddia edilir.

Belə ki, 20 gün öncə "Rixos” oteldə xanımların yanında olan oğlanların masadan uzağlaşdığını görən Rəşad Əliyev "Bunlar heç, sizin üçün nə qulluq?”, deyərək qadınlara söz atıb. Bundan sonra geri qayıdan oğlanlarla Rəşad arasında dava düşüb.

O da idda edilir ki, bu davanın videogörüntüsünün silinməsi üçün pul verməyə gələn icra başçısı Z.Əliyev üzr istəyərək, 3 qız, 3 oğlanın – digər masanın xərclərini də ödəyib. Lakin ödənişlərin "işə yaramadığı”, videogörüntülərin yayıldığı bildirilib.

Qeyd edək ki, bu gün icra başçısının oğlu Rəşad Əliyevin toyudur.
 

 
 

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook