SON XƏBƏR

İlham Namiq Kamal "Zəfər Zirvəsi" mükafatına layiq görüldü

Noyabr 25
22:30 2021
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, "Şöhrət" ordenli Xalq artisti, professor İlham Namiq Kamal "Zəfər Zirvəsi" mükafatına layiq görülüb.

Qlobal.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə ölkənin ictimai-mədəni və digər sahələrində fəaliyyəti ilə fərqlənən tanınmış simaları mükafatlandırılıb.

Xalq artisti ona göstərilən yüksək diqqət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və ürək sözlərini dilə gətirib: "Qazandığımız qalibiyyətin sevinci bir günə sığmaz. Bizim ruhumuza, qanımıza, canımıza, yaddaşımıza əbədi həkk olunub. Ali Baş Komandanın əmri, müzəffər ordumuzun yenilməzliyi sayəsində belə möhtəşəm Zəfər qazandıq, xalq olaraq Zəfərin zirvəsini fəth etdik, 30 illik həsrətə 44 günlük haqq savaşımızla son qoyduq. Vətən yolunda canından-qanından keçən, bizə Zəfər bayramımızı qeyd etməyə vəsilə olan müqəddəs şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Şəhidlərimizin mərd anlarının qarşısında baş əyirəm. Onlar bizə milli kimliyimizi qaytardılar”.
 

 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook