SON XƏBƏR

İnternat məktəbinin direktoru ərzaqları şəxsi maşınına yüklətdirir? - Araşdırma başladı (VİDEO)

Yanvar 28
14:55 2022
3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimovanın məktəbdəki ərzaqları şəxsi maşınına yüklətdirməsi barədə yayılan görüntülərlə bağlı araşdırma aparılır.

Bu barədə Oxu.Az-ın sorğusuna Təhsil Nazirliyindən cavab olaraq bildirilib.

Qeyd edilib ki, məsələ barədə açıqlama veriləcək.

10:28

3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru oradakı ərzaqları şəxsi maşınına yüklətdirir.

Oxu.Az-ın məlumatına görə, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimova məktəbin ərzağını anbardan öz şəxsi maşınına yüklətdirərək daşıtdırıb.

İddia edilib ki, direktor həmin ərzaqları müəyyən yerlərdə satışa çıxardır.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook