SON XƏBƏR

İpoteka Fondu ilə Fazil Məmmədovun şirkəti arasında sövdələşmə

Sentyabr 16
12:06 2021
İpoteka və Kredit Zəmanət Fondu çap qurğularının satın alınması üzrə müsabiqəyə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "ATA Texnologiya” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 17 185.52 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "ATA Texnologiya” MMC 15 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.

"ATA Texnologiya” MMC-nin təsisçisi "ATA Holding”dir. Bu barədə şirkətin veb-səhifəsində qeyd edilib. "ATA Texnologiya” MMC informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir.

"ATA Holding” keçmiş Vergilər naziri Fazil Məmmədovun biznes imperiyasına daxil olan kommersiya qurumlarından biridir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook