SON XƏBƏR

İran mübahisəli "Xəyyam" peykini orbitə buraxdı

Avqust 09
12:26 2022
İranın "Xəyyam” peyki orbitə buraxılıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, "Xəyyam” peyki Rusiyanın "Soyuz” peyk raketi ilə Baykonur kosmik bazasından orbitə buraxılıb.

Şəkil çəkmək qabiliyyətinə malik uzaqdan zondlama peyki olan "Xəyyam"ın çəkisi 600 kq-dır. Onun yerdən 500 km uzaqlıqdakı orbitə salınması nəzərdə tutulur.

"Xəyyam” peyki İran Kosmik Təşkilatının tədqiqatçıları tərəfindən peyk məlumatlarını təmin etmək, kosmos sənayesinin kənd təsərrüfatı və ətraf mühit kimi sahələrdə tətbiqlərini inkişaf etdirmək məqsədilə istehsal olunub.

"Xəyyam" peyki bir müddətdir müzakirə obyektinə çevirilmişdi. Çünki Rusiyanın bu peykdən Ukrayna müharibəsində casusluq üçün istifadə edəcəyi barədə iddialar gündəmə gəlmişdi.

Lakin İran rəsmiləri "Vaşinqton Post”un bununla bağlı iddialarını təkzib edərək, peykə nəzarətin İslam Respublikasında olacağını bildirmişdilər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook