SON XƏBƏR

İranda məcburi hicaba qarşı kampaniya başlayıb

İyul 13
11:14 2022
İranda məcburi hicaba qarşı "Hicabsız hicab” şüarı altında kampaniya başlayıb.

"Report” xəbər verir ki, məlumatı "İran İnternational” yayıb.

Kampaniya ölkənin müxtəlif şəhərlərində dəstəklənib. Vətəndaşlar bununla məcburi hicab geyinməyə və hakimiyyətin zorakılıqlarına etiraz etdiklərini bildiriblər.

İranın daxili işlər naziri Əhməd Vahidi məsələ ilə bağlı deyib ki, iffət və hicab kimi məsələləri danışıq və öyüd-nəsihətlə həll etmək mümkündür.

Onun sözlərinə görə, hicaba nəzarət müəssisələrindən qanun pozucuları ilə məşğul olmaq tələb edilir.

Nazir Xəzər sahillərində yerləşən Mazandaran və Gilan əyalətlərinə səfəri zamanı bildirib ki, hökumətin "Sağlam dəniz planı”na uyğun olaraq qadın çimərlikləri ayrılmalıdır.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xüsusi nümayəndəsi Məhəmməd Səidi məcburi hicaba qarşı keçirilən aksiyanı pisləyib və bunun "düşmən əməli” olduğunu vurğulayıb: "Biz aldadılmış insanlar üçün dua etməli, aldadıldıqlarını izah etməliyik. Ancaq düşmənin planına uyğun davrananların əməllərinə sərt münasibət göstərmək lazımdır”.

İran ordusunun siyasi ideoloji təşkilatının rəhbəri Abbas Məhəmməd Hüsni məcburi hicaba qarşı kampaniya haqqında deyib: "Hicab və iffət düşməninə qarşı yumşaq müharibədə ilk dayağımızı itirsək başqa qalalarımızı da itirəcəyik”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook