SON XƏBƏR

İranda qırıcı təyyarə yerdə ola-ola katapult baş verdi, iki pilot öldü

İyun 01
15:00 2021
İranda F-5 qırıcısının katapultunun başlaması nəticəsində Hava Qüvvələrinin iki pilotu həlak olub. Həmin anda qırıcı yerdə olub. Pilotlar havaya qalxmağa hazırlaşırmışlar. 

Qaynarinfo xəbər verir ki, bu barədə yerli media qurumları məlumat yayıb.

Hadisənin 1 iyun çərşənbə axşamı səhər, ölkənin cənub-qərbindəki Xuzistan əyalətindəki Disful bazasında baş verdiyi bildirilir. Bu, son bir ayda ikinci dəfə İranın hərbi təyyarələrində gözlənilməz şəkildə xilasetmə sisteminin işə salınmasıdır.

Amerikanın F-5 qırıcıları 40 ildən çoxdur İranla xidmətdədir. Onların tədarükü XX əsrin 70-ci illərində həyata keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook