SON XƏBƏR

İranda zəlzələ: 99 nəfər xəsarət alıb, ölən var

Noyabr 15
10:17 2021
İranın cənubunda baş verən ardıcıl zəlzələlər nəticəsində yaralananlarına sayı 99 nəfərə çatıb. 

Qaynarinfo "Tasnim”ə istinadən xəbər verir ki, bunu Hörmüzqan əyaləti Tibb Universitetinin nümayəndəsi Fatimə Nuruzian bildirib. 

Onun sözlərinə görə, xəsarət alanlardan 88 nəfərinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, 6,3 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bu, ötən gün ərzində qeydə alınan ikinci zəlzələ olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook