SON XƏBƏR

İsrail “Hizbullah”ın PUA-sını vurub

May 17
14:44 2022
İsrail Ordusu "Hizbullah”ın pilotsuz uçuş aparatını zərərsizləşdirib.

"Report” xəbər verir ki, bunu İsrail Ordusu tviterdə açıqlayıb.

"İsrail ordusu Livandan İsrailin hava məkanına daxil olan "Hizbullah” terror təşkilatına məxsus uçuş aparatını aşkar edərək vurub”, - İsrail Ordusu bildirib.

Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası "Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook