SON XƏBƏR

Kamran Əliyev azad edilmiş ərazilərdə yaradılan hərbi prokurorluqların fəaliyyəti ilə bağlı tapşırıqlar verib

İyun 08
17:06 2021
Baş prokuror Kamran Əliyev Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərdə yaradılan hərbi prokurorluqların fəaliyyətinin təşkilinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin qısa müddətdə görülməsi ilə bağlı tapşırıqlar verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, iyunun 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron prokurorluq” informasiya sisteminin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası və işin təşkilinə dair məsələlərə həsr olunan Kollegiya iclası keçirilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook