“Kaspi” Əli Həsənovdan rəsmən alındı
İyun 09
11:27
2021
Artıq "Kaspi” qəzetinin təsisçisi "Qlobal” Media Qrupudur və bu, qəzetin rekvizitində də rəsmiləşib.
Qlobal.az Bakupost.az-a istinadən xəbər verir ki, qəzetin dizaynı və imkanları da genişlənib.
Hələlik həftəlik çıxan qəzet yaxın günlərdə yüksək keyfiyyətlə gündəlik nəşr olunacaq. "Kaspi”nin dünyanın məşhur nəşrləri səviyyəsində təqdim olunacağı planlaşdırılıb. Qəzet hazırda tanınmış idman jurnalisti Natiq Muxtarlının baş redaktorluğu ilə işıq üzü görür.
Ancaq Bakupost.az-a daxil olan məlumata görə, bu post başqa şəxsə həvalə olunacaq.