SON XƏBƏR

Kəmaləddin Heydərovun bacanağı məhkəməyə verildi - TƏFƏRRÜAT

İyul 08
16:32 2021
"Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib. 

HİT.Az xəbər verir ki, iddiaçı "MKT İstehsalalat Kommersiya” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi sığorta müqaviləsi üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır.

"Azsığorta” ASC-nin səhmlərinin 100 faizi Hikmət İsmayılova məxsusdur. O, Fövəqladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. 

"MKT İstehsalat Kommersiya” MMC-yə gəlincə, şirkətin qanuni təmsilçisi Rövşən Həsənovdur. Bu həmin Rövşən Həsənovdur ki, 19 dekabr 2019-cu il tarxidə Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə ölkələrin adını səhv salmışdı. O, çıxışında Avstraliya əvəzinə Avstriyanın adını qeyd edərkən ölkə başçısının "Avstriyada da pambıq yetişdirilir?” sualı ilə üzləşmiş və səhvini düzəltmişdi. 

Bəzi iddialara görə, "MKT İstehsalat Kommersiya” MMC də Kəmaləddin Heydərovun nəzarətindədir.

Bu ilin mart ayında "MKT İstehsalat Kommersiya” MMC-nin yenidən təşkil olunması ilə bağlı elan verilib. Prosesdə Fövqəladə Hallar nazirinə məxsus olduğu bildirilən 6 şirkət - "Beynəlxalq Ticarət Mərkəzi” MMC, "MKT-Araz Futbol Klubu” MMC, "Leqno-İmişli” ММC,  "Leqno-Neftçala " ММC, "İmişli Sənaye İnşaat " ММC  və "İnnovasiya Fermer Təsərrüfatı” ММC "MKT İstehsalat Kommersiya” MMC-yə birləşib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook