SON XƏBƏR

"Keşikçidağda Novruz adətləri yaşadılır" adlı festival keçirilib

Mart 19
03:05 2022
Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunda "Keşikçidağda Novruz adətləri yaşadılır" adlı festival keçirilib.

Festivalda Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının fəalları, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin, "Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun kollektivi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri, qazilər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində gənclər arasında Çövkən oyunu və qol güləşi keçirilib. Yeniyetmə karateçilər öz nümunəvi çıxışlarını təqdim ediblər.

Daha sonra bayram festivalı konsert proqramı ilə davam etdirilib.

Sonda isə bayram tonqalı alovlandırılıb.
 
Qlobal.Az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook