Korrupsiya İdarəsi bu qurumda yoxlamalara başlayıb – Ciddi qanunsuzluqlar aşkarlanıb
İyun 23
18:06
2022
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də keçirdiyi əməliyyatın bəzi yeni detalları məlum olub.
Hazırda prokururluq əməkdaşları qurumun rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparır və MMC-nin bir sıra rəhbər şəxsləri istintaqa cəlb olunub. Həmçinin MMC-nin bəzi istiqamətlərdə fəaliyyətlərinə müvəqqəti qadağa qoyulub.
Mənbə bildirir ki, əslən Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndindən olan Səftər İsmayılov Prezident Administrasiyasının şöbə müdirlərindən birinin yaxın qohumudur. O, 2008 -ci ildəndir "Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-yə rəhbərlk edir.
Məlumata görə, ilkin araşdırmalar zamanı 800-ə yaxın əməkdaşı, bir çox bölgədə məntəqəsi olan MMC-nin nəzarət etdiyi sahələr üzrə ciddi qanunsuzluqlar aşkarlanıb. Korrupsiya və rüşvətə yol verildiyini sübut edən çoxsaylı faktlar üzə çıxıb.
Qlobal.az