SON XƏBƏR

Kredit tələbənin oxuduğu təhsil müəssisəsinə ödəniləcək - NAZİR

İyun 18
13:09 2021
"Himayəçilər Şurası tərəfindən təhsil kretinin yüksək həddi müəyyən ediləcək”.

Bunu Təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib. 

O deyib ki, kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq: 

"Belə də ola bilər ki, təhsil haqqının 80 faizi ödənilsin. Bu, daha çox əlavə kömək üçündür”.

Nazir deyib ki, kredit tələbəyə yox, onun oxuduğu ali və ya orta ixtisas təhsil müəssisəsinə köçürüləcək: 

"Bu da yenə müzakirə mövzusudur, öz hesabına oxuyan tələbələr təhsil haqqının müəyyən qismini özü ödəyirsə, müəyyən qismini də kreditlə ödəyə bilər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook