SON XƏBƏR

Kreml Zelenskinin Rusiya ilə genişmiqyaslı müharibə bəyanatına münasibət bildirdi

Sentyabr 10
16:57 2021
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə genişmiqyaslı müharibənin mümkünlüyü ilə bağlı açıqlamalarına təəssüflənir.

Qaynarinfo xəbər verir ki, Peskov bu barədə "RİA Novosti”yə açıqlamasında deyib.

Jurnalistlərin Kremldə müharibə təhlükəsi görüb -görmədiklərinə dair sualını cavablandıran Peskov "heç bir apokaliptik gözləntilərə qapılmaq istəməzdik”, - deyə bildirib.

Dövlət Dumasının deputatı Leonid Kalaşnikov Zelenskinin sözlərini şərh edərkən, Ukrayna ilə müharibənin yalnız Kiyev tərəfindən müharibə başladıldığı halda baş verə biləcəyini söyləyib:

"Bu bizim qardaş xalqımızdır və heç kim o xalqla savaşmaq istəmir. Açığ deyim ki, heç bir rus ukraynalılarla döyüşmək istəmir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook