SON XƏBƏR

KTMT baş katibi BMT rəsmisi ilə sərhədimizdəki vəziyyəti müzakirə etdi

Yanvar 21
12:46 2022
KTMT-nin Qafqaz regionundakı kollektiv təhlükəsizlik üzrə vəziyyəti Rusiyanın vasitəçiliyilə Bakı ilə İrəvan arasında əldə edilən razılaşmaya əsasən nisbətən sakit olaraq qalır.

Qaynarinfo xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Ença ilə videokonfrans vasitəsilə söhbətində deyib.

"Vəziyyətin daha da normallaşması üçün dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə əməli iş lazımdır", - Zas bildirib.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında sərhədlər delimitasiya olunmayıb. Sərhəddə vaxtaşırı gərginlik baş verir, sonuncu insident Ermənistanın Qeqarkunik rayonunda baş verib, nəticədə bir Azərbaycan, üç erməni əsgəri ölüb.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook