SON XƏBƏR

"Laçın dəhlizi və Zabux kəndi Azərbaycana təhvil veriləcək” - Paşinyan

İyun 28
15:07 2022
"Laçın dəhlizinə alternativ yolun tikintisi başa çatdıqdan sonra (üçtərəfli sazişə əsasən) keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”.

Yeniavaz.com "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

Bildirilib ki, söhbət Laçın şəhərindən və Zabux kəndindən gedir. Ermənistan hökuməti bu ərazilərin əhalisinin mənzil məsələlərini həll edəcək.

Paşinyan qeyd edib ki, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook