SON XƏBƏR

Laçındakı qəzada həlak olan hərbçilərin fotosu

İyun 17
11:07 2021
Dünən Laçın rayonunda qəzaya düşərək həlak olan hərbçilərin fotosu yayılıb.

"Qafqazinfo” xəbər verir ki, hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. "MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat edib.

Baş leytenant Elməddin Nəsibov
 


Gizir Kamal Kamallı
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook