SON XƏBƏR

Lavrovun son bəyanatındakı gizli mesajlar

İyun 10
13:06 2021
"Rusiya sülhməramlıları bölgədə növbəti 5 ildə də qalmaq niyyətindədir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması üçün bir neçə üç ilin lazım gələcəyi fikrinə münasibət bildirərkən, QAFSAM sədrinin müavini Nazim Cəfərsoy deyib:

"Tərəflər arasında etimad mühitinin yaradılması üçün bir neçə üç ilin lazım gələcəyi fikrini səsləndirməklə Rusiya Xarici İşlər naziri prosesin tam normallaşmasına ən azından 6 və daha çox ilin sərf olunacağını nəzərdə tutub. Bununla Lavrov Rusiya sülhməramlılarının bölgədə ən azından ikinci beşillik üçün də qalmaq niyyətini ortaya qoyub. Dolayısı ilə demək istəyib ki, Rusiya sülhməramlıları azından 10 ilə qədər burada qalmaq istəyir. Prosesin necə inkişaf edəcəyini isə gələcək göstərəcək”.

QAFSAM-ın sədr müavini bildirdi ki, tərəflər arasında etimad mühitinin yaradılacağı zamanı planlamaq mümkün deyil: "Hazırda Azərbaycan Ermənistan münasibətlərinin həllilə bağlı hər bir tərəfin, Bakının, İrəvanın, Rusiyanın, Qərbin, İranın öz perspektivləri var. Etimadın yaradılması isə problemlidir, bu gün, sabah həll ediləsi məsələ deyil. Məsələnin həlli vaxt və praktiki iş tələb edir. Bosniya və Hersoqovinada 1995-ci ildən etimad tədbirlərinə başlanılsa da, 26 il keçməyinə baxmayaraq, proses tam yekunlaşmayıb. Anoloji vəziyyət bölgəmizə də aiddir”.

N. Cəfərsoyun fikrincə, Lavrovun açıqlaması onu göstərir ki, Kreml regionda vəziyyətin normallaşmasında maraqlıdır: "Bu Rusiya üçün yeni bir yanaşmadır. Azərbaycan çalışır ki, sülhməramlıların fəaliyyəti ilk beş ildə yekunlaşsın. Amma qənaətimcə, ilk beş ildə prosesin yekunlaşacağı az ehtimaldır. Prosesin ikinci beşillikdə bitəcəyini düşünürəm”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook