SON XƏBƏR
  • Tbilisidə aksiya davam edir - Etirazçılar hökumət binasının qarşısına toplaşıbGürcüstanın paytaxtı Tbilisidə ötən axşamdan başlayan "Evə, Avropaya” şüarlı aksiyanın bir qrup iştirakçısı gecəni hökumət administrasiyasının binası qarşısında keçirib. "Report”un yerli bürosu ..
  • Bakıda keçirilən turnirdə nazirlər də yarışdı – FOTOÖtən gün – iyulun 3-də Bakıda keçirilən "IronWind 70.3” turnirində bəzi nazirlərimiz iştirak edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri..
  • Gürcüstan buğda və arpa ixracına qadağa qoyubBu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub. "Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq...
  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubİyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçida..
  • Yaponiya Rusiyadan qaz almağa davam edəcəkYaponiyanın Rusiya qazından imtina etməsi ölkənin energetika sənayesindəki ağır vəziyyətə görə çətin olacaq. "Report” xəbər verir ki, bu barədə "Financial Times”a Yaponiyanın Mitsui O.S.K. Lines..
  • Tramp qayıdırRespublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildəki prezident seçkiləri kampaniyasına başlayacağını tezliklə elan etmək niyyətindədir. Məlumata görə, bu barədə bəy..
  • İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcəkİsveçrənin cənubundakı Luqanoda Ukrayna ilə bağlı bazar ertəsi açılacaq konfrans öncəsi hazırlıqlar gedir. Onlarla ölkənin və beynəlxalq təşkilatların rəhbərləri ölkənin müharibədən sonrakı bərpası..
  • Rusiya Xəzər dənizinə 11 milyon kütüm buraxıbRusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə "Report” "TASS”a istinadən xəbər veirr. Bildirilib ki, balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib..
  • Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıbÇimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. Qlobal.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçmə mərhələ..
  • “Universal Pictures” Rusiyanı tərk edir​"Universal Pictures” kino şirkəti Rusiya ofisini bağlayacaq və ölkəni tərk edəcək. Bu barədə "Bulletin of the Film Distributor” portalına məlumat verilib. Nəşr şirkətdəki mənbəyə istinadən qe..

Masazırda qanunsuz tikinti sahibinin arxasında KİM dayanır? – Üç rəsmi qurum onunla BACARMIR – VİDEO

Aprel 06
20:15 2022
Abşeron rayonu Masazır qəsəbəsində fərdi evlərin ortasında aparılan qanunsuz tikinti ilə bağlı problem bitmək bilmir. Söhbət Masazır kəndi, "Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığında Rəsul Rza və İsmət Qayıbov küçələrində aparılan iki layihədənkənar tikintidən gedir.

Dəfələrlə ictimailəşdirdiyimiz məsələ ilə bağlı nə həmin ünvandakı fərdi evlərdə yaşayan narazı sakinlərin haqlı tələblərinə məhəl qoyulur, nə də rəsmi qurumlar qanunsuz və təhlükəli tikintini aparan şəxslərə qarşı müvafiq addımlar atır. 

Baxmayaraq ki, hər iki layihə planında 3 mərtəbəli fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulub. Sakinlər ərazidə çoxmərtəbəli tikili üçün əvvəlcədən salınan fərqli hüdudları, üstəlik tikintinin ətrafındakı yaşayış evləri ilə ara məsafəsinin gözlənilmədiyini gördükdə, işin astarını anlayıb müdaxilə etməyə başlayıblar.

Amma nə fayda…

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də sözügedən tikintinin layihədənkənar aparıldığına dair rəy verib və bu barədə Abşeron Rayon İcra Hakimiyyətini məlumatlandırıb.

Amma nə rəsmi qurumlar icra hakimiyyətinə, nə də tikinti sahibinə söz keçirə bilir. 

Bir sözlə, Abşeron Rayon icra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fərdi evlərin ortasında artıq 7 mərtəbə ucaldan iş adamları qarşısında aciz qalıb.

İcra hakimiyyətindən iki fəqrli cavab…

Narazı sakinlər hər iki tikintinin dayandırılması ilə bağlı aylardır ki, aidiyyəti qurumlara rəsmi məktubla müraciətlər edir. 

Maraqlıdır ki, Abşeron Rayon icra Hakimiyyəti sakinlərin müraciətinə iki fərqli cavab göndərib. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məhəmmd Həsənov tərəfindən bu il fevralın 7-də etiraz edən sakinlərdən biri, Fazil Qafarlının məktubuna cavab olaraq qeyd edilib ki, ərazidə tikintinin aparılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməyib.

Sonradan Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsınin baş məsləhətçisi Elvin Quliyev tərəfindən Fazil Qafarlının məktubuna yeni cavab gəlib.
 


O, aparılan tikintilərin Ceyhun Məzahir oğlu Cabbarova və Telman Natiq oğlu Pirzadayevə aid olduğunu qeyd edərək 2021-ci il dekabrın 29-da həmin şəxsə fərdi ev tikilməsi üçün "məlumatlandırma icraatı” qaydasında icazə verildiyini bildirib. 

Bəs, 3 mərtəbəyə icazə verilibsə, niyə çoxmərtəbəli?  

Şikayətçilər Fazil Qafarlı, Şakir Həsənov, Xanlar Qasımov, İlkin Hacıyev və digərləri növbəti dəfə saytımıza açıqlamalarında aparılan qanunsuz tikinti ilə bağlı məhkəməyə, eləcə də ölkə başçısına müraciət edəcəklərini söyləyiblər:

"Aylardır etdiyimiz müraciətlər fayda vermir. Fərdi evlərin ortasında hündürmərtəbəli bina ucaldılar?

Özü də evimizdən 3 metr aralı məsafə ilə… Orada bütün tikinti qaydaları pozulub.

Dəfələrlə qanunsuz inşanı aparan şəxslə də söhbətlərimiz olub. Amma fayda vermir. Bu pozuntuya niyə göz yumulur, anlamıram. Şikayətlərimiz çoxalan kimi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları gəlib lent çəkirlər və işləri dayandırırlar.

Bir neçə gün keçir, yenə davam edir. Bir sözlə heç bir qurum bu işə nə əncam çəkir, nə də tikintiyə müdaxilə edir.

Tələbimiz isə hər iki tikintinin sökülməsidir”, – deyə şikayətçilər bildirib. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsmisi Rövşən Cəfərov özlərinin də bu durumda aciz qaldıqlarını etiraf edib:

"Orada layihədən kənarlaşmadır. Tikintinin dayandırılmamasından, əksinə davam etdirilməsindən də xəbərdarıq.

Lazım olan bütün orqanlara – Abşeron Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon Polis İdarəsinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub, teleqramlar göndərmişik. Texniki baxış aktı yazılıb və onun əsasında tikintinin dayandırılması haqda qərar verilib. Tikintini aparan yoldaş hələki bunlara məhəl qoymur.

Əlindəki sənədə görə həmin ünvanda 3 mərtəbəli fərdi ev inşa etməlidir.

Amma ağına-bozuna baxmadan mərtəbələri qaldırır. Telefonlara belə cavab vermir. Qanunlara müvafiq olaraq o tikinti sökülməlidir və bunun üzərində işləyirik”. 

Rövşən Cəfərov əlavə edib ki, sözügedən məsələ ilə bağlı növbəti dəfə yerli icra hakimiyyətinə və polisə məktub göndəriblər:

"Şəhərsalma qanunlarına görə o tikinti 1 il müddətində sökülməlidir. Ümumiyyətlə istənilən halda icra hakimiyyəti icazə verdiyi və təsdiq etdiyi layihələrə nəzarət etməlidir. Üstəlik vətəndaş da qanunlara hörmətlə yanaşmırsa, bu cür xoşagəlməz hallar baş verir. Şikayətçilərə apardığımız tədbirlərlə bağlı da məlumat vermişik və məhkəməyə müraciət etmək hüququ olduqlarını da bildirmişik”. 

Tikintini aparan şəxsin arxasında kim dayanır?

Qanunsuz tikintini aparan şəxslərə qarşı heç bir tədbir görülməməsi müəmma olaraq qalır.

Görünür, varlıqlarını gizli saxlayan iş adamlarının arxasında güclü "əl” dayanır.

Elə olmasaydı, qanunsuz olaraq zirzəmi və mansarla birgə bir bloklu, 82 mənzildən ibarət, 7 mərtəbəli bina ucalmazdı…

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti məsələnin dəfələrlə gündəmə gəlməsinə baxmayaraq hələ də rəsmi mövqe bildirməyib. 

Mövzunu diqqətdə saxlayacağıq

Mənbə: Bizim.Media 
 

 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook