SON XƏBƏR

Mehdiabadda internet çəkilişinə qanunsuz pul yığımının arxasında kim dayanır? — Rəis “bizə aidiyyatı yoxdur” deyir

Noyabr 29
17:02 2021
Son zamanlar Abşeron rayon Telekommunikasiya Qovşağından vətəndaşların şikayəti çoxalıb. Buna səbəb kimi də  "Abşerontelekom”a rəis vəzifəsinə təyin olunan Mikayıl Babayevin fəaliyyəti göstərilir. Abşeron rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində çalışan Mikayıl Babayev barədə Mehdiabad sakinləri şikayətçidirlər. Bir qrup Mehdiabad sakini saytımıza müraciət edərək bildiriblər ki, Mikayıl Babayevin tabeliyində olan işçilər optik intenet xəttinin çəkilməsi müqabilində qanunsuz olaraq onlardan 250 manat vəsait tələb edir. Onlar bildirib  ki, dəfələrlə bu barədə müraciət etsələr də, sakinlərin heç bir şikayətinə baxılmır.

Qlobal.az xəbər verir ki, mövcud durumla bağlı Demokrat.az Mikayıl Babayevlə əlaqə saxlayıb. 

"Abşerontelekom”a rəisi saytımıza açıqlamasında bir sıra sual doğuran məsələlərə aydınlıq gətirib. O bildirib ki,  Mehdiabbadda tək dövlət deyil, həm də özəl şirkətlər xidmət aparır: 

"Mehdiabadda bir sıra telefon və internet xətləri var. Bunların bəzilərinin səliqəsiz olmasının bizə aiddiyyatı yoxdur. Çünki tək biz orada xidmət göstərmirik, orada özəl şirkətlər də var”. 

M.Babayev optik intenet xəttinin çəkilməsiylə bağlı yaranmış narazılığa da aydınlıq gətirib: "İndi optik intenet xəttinin çəkilməsi ilə bağlı xüsusi kampaniyalar var. Hətta, qeyd edim ki, pulsuz da çəkilənlər var. Dəqiq qiymətlər barədə məlumat verə bilmərəm, çünki qiymətlər fərqlidir. Sakinlər yaxşı olardı ki, bu barədə abunə şöbəsiylə əlaqə saxlasınlar və onlara orada ətraflı məlumat veriləcək. Onu da qeyd edim ki, rüsumlar dəyişib, təzə qiymətlər müəyyən edilib. Əgər optik intenet xəttinin çəkilməsi müqabilində qanunsuz olaraq sakinlərdən  250 manat vəsaitin tələb edilməsiylə bağlı konkret faktlar varsa, deyilsin və biz mütləq onu araşdıraq”.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook