SON XƏBƏR

“Mehdinin xidmətçiləri”: Azərbaycan səfirliyinə hücum arxasında nə dayanır?

Avqust 05
02:15 2022
"Mehdinin xidmətçiləri” birliyi (The Mahdi Servants Union) adlı radikal qruplaşmanın Londondakı səfirliyimizin binasına hücum etməsinin hədəfini iki məqam fonunda anlamaq mümkündür: 

-  Azərbaycana qarşı "şiələrin müdafiəsi” adı ilə aparılan kampaniyaların İrandan kurasiya edildiyi faktdır.

- İrana qarşı ideoloji düşmən cəbhəsində dayanan "Mehdinin xidmətçiləri” də hücumu "Azərbaycanda bəzi şiələr təqib olunur” iddiası ilə edir

Düşmən mövqedə olan hər iki tərəfin Bakıya qarşı eyni iddia ilə çıxış etməsi və bu yöndə əməli addım atması Azərbaycanın inanclı kəsimin ələ keçirilməsi uğrunda aparılan mübarizənin təzahürüdür. Görünür, "Mehdinin xidmətçiləri” radikal "müdafiə” üsulu ilə Azərbaycanın dini kəsimi üzərindəki təsiri İranın əlindən almağı hədəfləyir və burada şiə məzhəbi üzərində ideoloji müharibə ilə yanaşı, maraqlı dairələrin, yaxud ölkələrin də rolu var.

Azərbaycan üçün təhlükəli tendensiyadır: İranın dini təsirini aradan qaldırmamış, yeni iddiaçı-şərik peyda olub; dini kəsim üzərindəki kənar təsirlər sıradan çıxarılmadıqca, təhlükə aktual olaraq qalacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook