SON XƏBƏR

Məhəmməd Salah yanan kilsənin bərpası üçün ianə etdi

Avqust 17
04:54 2022
Misir millisinin və İngiltərə "Liverpul"unun futbolçusu xeyirxah addım atıb.

"Report" "The National" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu gəlirinin bir hissəsini Misirin paytaxtı Qahirədə yerləşən kilsənin bərpası üçün ianə edib. Təcrübəli forvard bu məqsədlə təqribən 150 000 avro pul ayırıb.

Qeyd edək ki, İmbama rayonundakı məsciddə 2 gün öncə çıxan yanğın nəticəsində 41 nəfər ölüb, onlarla insan yaralanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook