SON XƏBƏR

Məni ölmüş bilib, gözlərimi də bağlamışdılar" - Şəhid xəbəri gələn kapitan

Oktyabr 11
18:32 2021
...Yanımda bir mayoru ayağından vurdular. Yuxarı qalxıb, ona sol tərəfə getməmək üçün əlimi qaldırıb nəsə demək istəyirdim, birdən elə bil ürəyimdən kvaltla vurdular. Düşmən snayperi ürəyimdən 3 barmaq yuxarını nişan alıbmış.

Uşaqlara dedim ki, mənimlə işiniz olmasın, siz irəliyə gedin. Özümdən getdim. Müvazinətimi saxlaya bilməyib yerə yıxılanda tağım komandiri leytenant Məmmədov Əli adlı zabitə dedim ki, məni başımdan vursun. Düşmən məni diri əsir götürə bilməsin deyə, fikrimdə israrlı idim. Bu sözləri deyəndən sonra huşum gedib. Yaxınlarda mənə dedilər ki, elə biliblər şəhid olmuşam, hətta leytenant Məmmədov Əli gözlərimi də basıb...Sonra aparıb qoyublar düşmənin vurulmuş BTR-nin altında.

...Oktyabr ayının 12-də vuruldum. 3 gün BTR-in altında ac-susuz qaldım. Oyanırdım, huş aparırdı məni, yenə oyanırdım...və yenə də huş aparırdı məni. Yuxuda görürdüm ki, əsgərlər köməyə gəlir, məni burdan çıxarmağa, hövlanak yuxudan qalxırdım, baxırdım ki, heç kim yoxdu.

Arxam üstə uzanırdım ki, qan getməsin. Avtomat silahımı da götürümüşdülər. Bircə üstümdəki tapançada 8 gülləm var idi, bir də cibimdə özüm üçün saxladığım bir güllə.

Soyuq olan kimi ayılırdım, isti olanda isə ağlım çıxırdı başımdan. Oktyabrın 15-də gecə yenə ağlamaq səsinə ayıldım. Kim idisə yaralı idi, həm ağlayırdı, həm də inildəyirdi. BTR-in altındaydım yenə də qalxa bilmirdim. Səsimi çıxartmadım, adam elə ağlayıb inildəyirdi ki...Amma heç cürə təxmin edə bilmədim bu adam düşməndi, yoxsa bizimkilərdəndi. Bir də baxdım ki, söykənib BTR-ə inildəyir. Tapançamı çıxararaq, ona tərəf tuşlayıb, "Sən kimsən?"- deyə soruşdum...

Əziz oxucular, 1989-cu ildə Cəilabad rayonunda anadan olmuş kapitan Qazimiz  İslamov Aqil Əli oğlu ilə maraqlı müsahibəni Səngər TV kanalından izləyə bilərsiniz:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook