SON XƏBƏR

Millimiz Kazanda 3 qızıl medal qazandı

Sentyabr 04
01:32 2021
Rusiyanın Kazan şəhərində I MDB Oyunları start götürüb.

"Bars" Arenada yunan-Roma güləşi üzrə yarış keçirilib. Ölkəmizi güləşin bu növündə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millimizin 8 üzvü təmsil edib. Onlardan 7-si qrup mərhələsini uğurla adlayıb.

Yarımfinalda daha 4 qələbə qeydə alınıb. Yekunda 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutub.

Beləliklə, millimiz I MDB Oyunlarında uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook