SON XƏBƏR

Milorad Dodik prezident seçkilərində qələbəsini elan edib

Oktyabr 03
09:35 2022
Bosniya və Herseqovina Rəyasət Heyətinin hazırkı üzvü Milorad Dodik Serb Respublikası prezidentliyinə seçkilərdə qalib gəldiyini elan edib.

"Report” xəbər verir ki, Dodik bazar ertəsi gecəsi qələbə nitqi ilə Müstəqil Sosial Demokratlar İttifaqı Partiyasının qərargahından seçicilərə müraciət edib.

"Məni 274 977 nəfər, rəqibimi isə 246 425 nəfər dəstəklədi. Bu, bizi inandırır ki, belə bir nəticə və belə tendensiya (qələbəni-red) tamamilə təmin edir və ciddiliklə deyə bilərik ki, mən bu prezident seçkilərində qalib gəldim. Mənə səs verən hər kəsə təşəkkür edirəm, kim səs verməyibsə, hesab edirəm ki, Serb Respublikası mühüm demokratik imtahandan keçib”, - Dodik bildirib.

O, Jelka Cviyanoviçi Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü postu uğrunda mübarizədə qələbəsi münasibətilə təbrik edib.

Dodik bildirib ki, Bosniya və Herseqovinadakı Serb Respublikası prezidenti kimi Serbiya, Macarıstan və Rusiya ilə əməkdaşlıq edəcək.

"Fəxr edirəm ki, namizəd olmuşam və indi Serb Respublikasının təsdiq edilmiş prezidentiyəm. Hər şeyi edəcəm ki, Serbiya Respublikası sabit olsun, öz siyasətini yürütsün və bizim mühüm tərəfdaşlarımız - Serbiya, Rusiya, Macarıstanla əməkdaşlıq etsin", - Dodik deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook