SON XƏBƏR

“Mütləqə İnam” Bitiyi çap olundu

Noyabr 22
00:01 2021
Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

Bu günlərdə Asif Atanın – İnam Atanın Qutsal Onluğundan Birinci Bitiyi çap olundu. Bitiq "Mütləqə İnam adlanır, beş əsərdən oluşubdur.

Hələ Sovetlər dönəmində bu əsərlərin, ayrı-ayrılıqda, üzünü artırıb yayırdılar. O çağlar bu əsərlərin toplusu olan "Mütləqə İnam” Bitiyinin çapı yasaq idi. İndi Bitiq çap olunub oxuculara sunulur. Yaxın günlərdə nüsxələri Milli arxivdə - M.F.Axundov adına kitab evində olacaq. 

Beşlik aşağıdakı adlarla birləşib: "İnsan”, "İnam”, "Həyat”, "Ruh”, "İntibah”. Bitiqdə dünyaya, həyayata, insana, vətənə, dövlətə, xalqa münasibət ölçüsü öz əksini tapıb. Başlanğıcdan sona qədər "Ol”mağa, qurulmağa, yaratmağa çağırışdır. Bitiyi oxumaq, öyrənmək gərəkdir. Əminliklə demək olar: Bu Bitik özündən öncəki dünyabaxış kitablarının doğrularını, yanlışlarını anlamaq üçün də ciddi yön verir. 

Sizə başarılar, uğurlar diləyirik. Gözlərinizə sağlıq.

Ata Ruhu sizə yar olsun!

Mütləqə İnam Ocağı

Yağış Ayı, 43-cü il.
(noyabr, 2021).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook