SON XƏBƏR

Naftalan Mərkəzi Xəstəxanası 1 milyon "otkad" verən şirkəti qalib etdi - VİDEO

İyun 20
15:15 2022
Azərbaycanda dövlət büdcəsinin düzgün xərclənmədiyi, talan edildiyi sahələrdən biri də səhiyyə sistemidir. 
 
Uzun illərdir ki, bu sahədə xəstəxanalara ayrılan büdcə vəsaitləri müxtəlif yollarla - "avadanlıqların alınması", "carı təmir" kimi adlar altında mənimsənilir. Bu cür mənimsəmələr əsasən dövlət satınalamalrı il aparılır.  
 
Qlobal.az xəbər verir ki, şübhəli satınalmaaya yekun vuran səhiyyə təşkilatlarından biri də Naftalan şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi olub. 
 
Öncə qeyd edək ki, Naftalan şəhər Mərkəzi Xəstəxanasının cari ilin iyun ayının 17-də "Əsas fondların təmiri və xidmət haqqı xərcləri" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 
 
Bu satınalmanın məbləği 8578 manat, qalibi isə "Harmony industrial construction and engineering group" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
 
Qalib elan edilən MMC DTX önündə
 

 
Naftalan şəhər Mərkəzi Xəstəxanasının cari ilin iyun ayının 17-də "Əsas fondların təmiri və xidmət haqqı xərcləri" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən "Harmony industrial construction and engineering group" MMC 2005-ci ilin fevral ayının 28-də dövlət qeydiyyatına alınıb. 
 
Şirkət hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, qanuni təmsilçisi isə Orucov Əlövsət Bilal oğludur. Bu şirkətin fəaliyyət profili, lisenziyaları, faktiki ünvanı, işçi heyəti barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.
 
Qlobal.az "Harmony industrial construction and engineering group" MMC barəsində ilginc məlumat əldə edib. 
 
Belə ki, "Harmony industrial construction and engineering group" MMC Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyata qədər "Piramida F.R" MMC adı altında fəaliyyət göstərib.
 
DTX-nin o zaman keçirdiyi əməliyyata səbəb Mədəniyyət Nazirliyinin o zaman sifarişçi olduğu 11 milyonluq tenderdə "Piramida F.R" şirkəti ilə "otkad" edərək dövlət vəsaitlərinin mənimsəmələri olmuşdu.
 
O zaman DTX-nin kamerasına danışan "Piramida F.R" MMC-nin rəhbəri Əlövsət Orucov tenderin 900 min manatını "otkad" verdiyini deyirdi. 
 
Bu hadisədən qısa zaman sonra "Piramida F.R" adını dəyişib "Harmony industrial construction and engineering group" MMC olsa da, mabədini dəyişməyin dövlət satınalmalarında yenə də əvvəlki formada "at oynatmaqda" davam etdi. 
 
İddialara görə bu şirkətin çoxsaylı dövlət satınalamalrında qalib elan edilməsinə səbəb Maliyyə nazirliyində yüksək "krışa"larının olmadısıdır. 
 
Belə ki, Maliyyə nazirliyində olan bəzi məmurların bu şirkətin vasitəsilə "otkad" etdikləri deyilir. 
 
Naftalan şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində Terapiya şöbəsi, Pediatriya şöbəsi, Poliklinika şöbəsi, Doğum şöbəsi, Şüa diaqnostika kabineti, Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kənd tibb məntəqələri fəaliyyət göstərir. Ümumilikdə  94 nəfər işçi heyəti var. Onlardan 19 nəfər həkim, 34 nəfər tibb bacısı, 41 nəfər isə digər işçi heyətidir. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində 2 avtomobil fəaliyyət göstərir.
 
Qarşı tərəf mövqe bildirə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook