SON XƏBƏR

Naxçıvanla İran və Türkiyə arasında sərhəd bağlandı

İyul 01
18:12 2022
Azərbaycan-Türkiyə və Azərbaycan-İran arasında quru sərhədin bağlanması ilə bağlı məlumat yayılıb. Vətəndaşların ötən gündən etibarən Naxçıvan MR ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində yolda qaldığı bildirilir.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, nəticədə əksəriyyətini tələbələrin təşkil etdiyi minlərlə insanın uçuş bileti, hotel rezervasiyası batıb. Qeyri-rəsmi məlumatlara görə, sərhəd iki ay müddətinə bağlı qalacaq.

Məsələ ilə əlaqədar  "Qafqazinfo” Azərbaycanın Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb. Hər iki qurumdan sərhədlərin bağlanıb-açılmasının onların səlahiyyətində olmadığı bildirilib. Sözügedən məsələyə cavabdeh qurum kimi Nazirlər Kabinetini göstərdilər. Hələ ki, NK sərhəddəki vəziyyətlə bağlı açıqlama verməyib.

İranın Azərbaycandakı səfirliyindən isə Sfera.az-a məsələdən xəbərdar olduqlarını bildiriblər: "Belə bir məlumatın yayılmasından xəbərdarıq. Amma bildiririk ki, hazırda sərhəd İran tərəfindən açıqdır. Sərhəd Azərbaycan tərəfindən bağlanılıb”.

Xatırladaq ki, Azərbaycanda pandemiya səbəbindən quru sərhədlər rəsmi olaraq qapalı olsa da, Naxçıvan ərazisindən Türkiyəyə keçid açıq idi. İran da xeyli müddətdir ki, qonşu ölkələrlə quru sərhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Həmçinin Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook