SON XƏBƏR

Nazirdən silahla fotosu yayılan direktorun yerinə təyinat

Yanvar 27
17:06 2022
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomat silahla fotosu yayıldığına görə işdən çıxarılan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunun yerinə təyinat olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin müvafiq əmri ilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor vəzifəsi müvəqqəti olaraq Əlizamin Talıbova həvalə edilib. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova xəbəri saytımıza təsdiqləyib.

Qeyd edək ki, Əlizamin Talıbov Meşələrin İnkişafı Xidmətində və Abşeron Yaşıllaşdırma İdarəsində çalışıb. 

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə silahla foto paylaşan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub. Müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə cərimə ediliblər.
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook