SON XƏBƏR

Nazirlik tələbəni təhqir edən kollec direktoru ilə bağlı hansı tədbir görəcək? - Açıqlama (VİDEO)

Fevral 19
11:43 2021
Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan zamanı qrupun sinif nümayəndəsini nalayiq sözlərlə təhqir edib. 
 
Sosial şəbəkədə yayılan videoda imtahan zamanı müəllimlərlə bərabər imtahana daxil olan sinif nümayəndəsinə kollecin direktoru "mənə sinif nümayəndəsi tərəfindən nəzarətçi lazım deyil, ağzımda deyirəm, tələbələr çıxsın, bu, nə özbaşınalıqdır siz edirsiniz? Bizə burda sinif nümayəndəsi, "şamtutan” lazım deyil”, - deyə təhqir edib. 

Direktor hətta uşaqları imtahanı ləğv edəcəyi ilə qorxudub.  
 
Qlobal.az xəbər verir ki, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olan neqativ məsələyə münasibət almaq üçün Qaynarinfo.az saytı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
 
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov videodan xəbərdar olduqlarını, bununla bağlı kollecin açıqlama verəcəyini bildirib.
 
Qeyd edək ki, Nərmin Qaralova Asəf Zeynallı adına musiqi kollecinin (1997-2001-skripka ifaçılığı üzrə), Bakı Musiqi Akademiyasının (2001-2005 bakalavr, 2005-2007 magistratura, 2007-aspirantura) tələbəsi olub. 

2015-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosentidir.

Qlobal.az
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook