Nazirlik təsdiq etdi: “Beta” şirkəti Lənkəranda ağacları məhv edib
İyul 10
11:32
2021
"Son günlər kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Lənkəran rayonunun Haftoni ərazisində "Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırma Qrupunun ilkin yoxlamaları başa çatıb”.
Qlobal.az xəbər verir ki, bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.
"Araşdırmaların nəticəsi olaraq kəsilmiş ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəymiş ziyanın ödətdirilməsi və "Beta” şirkətinin cərimə olunması həyata keçirilir”.