SON XƏBƏR

Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb – FOTOLAR

Aprel 15
12:13 2022
İngiltərədə 350 illik tarixi olan bu binanı (hotel) 1.4 milyon funt-sterlinqə (3 milyon manatdan artıq) alan şəxsin kimliyi müəyyənləşib.

Qlobal.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri (2016-2020) Elnur Həmid oğlu Süleymanovdur.

Hotel onun həyat yoldaşı - 1981-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Zarema Ömərovna Əfəndiyevabnın adına rəsmiləşdirilib. Onun 2020-ci ildə Britaniyada təsis etdiyi "Dean Valley Hotel Limited" şirkəti üzərindən The Fence, St. Briavels, Lydney, England, GL15 6RB ünvanında yerləşən "Lindors Country House Hotel"i maliyyə çətinlikləri ilə üzləşmiş "Carlauren Group"dan satın alınıb və adı dəyişdirilərək "Dean valley Manor" adlandırılıb.

Zarema Əfəndiyeva Milli Onkologiya Mərkəzi Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində həkim-radioloqudur. 

Nazirliyin keçmiş şöbə müdiri 2020-ci ilin sentyabrında İngiltərədə "Orange oys Ltd" şirkətini təsis edib. Elnur Süleymanov və həyat yoldaşı, eləcə də valideynləri 2007-ci ildən Çexiyada Karlovi Varıda daşınmaz əmlak şirkətinin sahibidirlər.
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook