SON XƏBƏR

Nizami Gəncəvi yaradıcılığı İspaniya ədəbiyyat portalında

Dekabr 09
17:26 2021
İspaniyanın populyar "Librujula” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş "Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin ispan dilinə tərcümə edilmiş "Leyli və Məcnun” poemasından "Məcnunun fəryadı” parçasının və şairin yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.

Məlumatı Dövlət Tərcümə Mərkəzi yayıb.

Qeyd edək ki, geniş oxucu auditoriyası olan "Librujula” portalı səhifələrində müntəzəm olaraq Kristina Peri Rossi, Mirça Kerteresku, Antonio Sarrion Martines, Xoan Margarit kimi tanınmış şairlərin yaradıcılığını işıqlandırır.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook