SON XƏBƏR

Novorossiyskdə fövqəladə vəziyyət elan edilib

İyun 28
13:28 2022
Qara dənizin Semes buxtasında İkinci Dünya müharibəsi dövrünə aid fuqasın aşkarlanması səbəbindən Novorossiyskdə fövqəladə vəziyyət elan edilib.

Bu barədə "Report” Rusya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Semes buxtasının dibində aşkar edilmiş və 8,8 kq çəkiyə malik fuqasın açıq dənizdə daşınması məqsədəuyğun heab edilmədiyindən yerində məhv edilməsi qərara alınıb.
 
Gəmilərin fövqəladə vəziyyət elan edilmiş zonaya girişi qadağan edilib. Novorossiysk sakinləri çimərliklərdən istifadə qadağası ilə bağlı məlumatlandırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook