SON XƏBƏR

Oğuz Şəhidlər Xiyabanıyla bağlı qalmaqal: “Gülləri yığışdırmaq əmrini mənə başçı verdi”

Sentyabr 07
13:35 2021
Sosial şəbəkələrdə Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusubovun Şəhidlər Xiyabanından əklil və bayraqlarımızı götüzdürüb tullatdırması ilə bağlı foto-məlumat yayılıb. Məlumatda deyilir ki, E.Yusifov məsələ ilə bağlı şəhid ailələrinin narazılığına cavab olaraq "əcəb edirik, kimə istəyirsiz şikayət edin", - deyib.  

Məsələ ilə bağlı Qaynarinfo-ya başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yusubov Etibar açıqlama verib.

E.Yusubov Şəhidlər Xiyabanından əklilləri icra başçısı Eyvaz Qurbanovun əmri ilə yığışdırdığını təsdiqləyib: 

"Eyvaz müəllim əraziyə baxış keçirib. Görüb ki, külək gülləri Şəhidlər Xiyabanının ərazisinə səpələyib. Mənə əmr verdi ki, o gülləri ərazidən təmizlətdirim. Mən də icra başçısının əmrini icra etdim. Komunal Təsərrüfat İdarəsinin köməkliyi ilə şəhidlərin məzarından kənar əraziyə səpələnən əklillər yığılaraq, yaxınlıqda yerləşən məktəbin otağına yerləşdirilib. Amma şəhidlərin məzarının üzərindən əklil götürülməyib. Bundan sonra üzərimə gəlirlər ki, Etibar müəllim şəhidlərin məzarının üstündən əklilləri götüzdürüb. Bəzi şəhid ailələri məndən narazılıq edir. Mənim bacım oğlu da şəhid olub. Onlara deyirəm ki, hazırda Şəhidlər Xiyabanında təmir-bərpa işləri aparılır. Yaxın 10 gündə işlər yekunlaşacaq”. 

Etibar Yusubov sözügedən Şəhidlər Xiyabanının İH başçısı Eyvaz Qurbanovun yaxın dostu, iş adamı Hafiz adlı şəxs tərəfindən təmir edildiyini də bildirib:

"İcra başçısının dostu Hafiz Şəhidlər Xiyabanını təmir etdirdiyinə görə mən də gülləri götüzdürmüşəm”.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook