SON XƏBƏR

Pakistan mediası Azərbaycandan yazdı - Foto

İyul 28
06:15 2017
Pakistanın "The Destination” qəzetində "Azərbaycan – turizm məkanı” sərlövhəli məqalə dərc olunub.
 
Qlobal.az Azərtac-a istinadən xəbər verir ki, məqalədə zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır.
 
Qeyd olunur ki, Azərbaycanın iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycanda turizm sahəsi gündən-günə inkişaf edir və iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilib.
 
Müəllif yazır ki, ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilmiş müvafiq dövlət proqramlarının icrası ölkədə turizmin inkişafı və beynəlxalq turizm bazarına inteqrasiyanın təməlinin qoyulması üçün şərait yaradıb. Bunun davamı olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin ölkədə "Turizm İli” elan edilməsi və "Avroviziya-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi bütün dünyadan turistlərin bu ölkəyə axınını təmin edib, turizm sənayesinin inkişafına güclü təkan verib.
 
Məqalədə, həmçinin dövlət tərəfindən görülən tədbirlər nəticəsində ölkədə müasir mehmanxanaların, xidmət infrastrukturunun yaradıldığı, turizm sənayesi üçün kadrların hazırlandığı, çoxşaxəli turizm agentləri şəbəkəsinin formalaşdığı diqqətə çatdırılır.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook