SON XƏBƏR

Pakistanla Azərbaycan biznes, iqtisadi əlaqələri genişləndirəcək

İyun 02
08:21 2022
Pakistan və Azərbaycan işgüzar və iqtisadi əlaqələri genişləndirmək barədə razılığa gəliblər.

Bu barədə "Report” Pakistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, bu barədə çərşənbə günü İslamabadda Azərbaycanın səfiri Xəzər Fərhadovla Pakistanın federal iqtisadiyyat naziri Ayaz Sadiq arasında keçirilən görüşdə qərar qəbul olunub.

Pakistanın federal iqtisadiyyat naziri Azərbaycanda enerji sektorunda hökumətlərarası sazişin imzalanmasına köməklik göstərilməsi üçün daha çox əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.

Ayaz Sadiq iki ölkə arasında ticarət və əməkdaşlığın durmadan artdığını, lakin hər iki ölkənin bunun üzərində daha çox işləməli olduğunu bildirib.

Qeyd edilir ki, iki ölkə bir çox sektorlar üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər və onlar üzrə Birgə İşçi Qrupunun görüşlərinin keçirilməsinə qərar veriblər.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook