SON XƏBƏR

Pəncşirin müqavimət hərəkatının lideri Əfqanıstan sakinlərinə müraciət etdi

Sentyabr 06
17:03 2021
Pəncşir əyalətində yerləşən müqavimət hərəkatının lideri kiçik Əhməd Məsud əfqanları "Taliban” hakimiyyətinə qarşı üsyana çağırıb.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Al Arabiya yayıb. Məsud müqavimət döyüşçülərinin Pəncşirdə qalacağını və "Taliban”la mübarizə aparacağını vurğulayıb. Döyüşlər hazırda da davam edir. 
 
Məsud ailəsinin bəzi üzvləri "Taliban” tərəfindən öldürülüb.

Əlavə olaraq, səsli müraciətində Məsud "Taliban” hakimiyyəti ilə əlaqədar təhlükələrə - ölkənin beynəlxalq təcridinə və sosial-iqtisadi tənəzzülə uğrayacağına işarə edib.

Xatırladaq ki, bir qədər əvvəl "Taliban” Pəncşir üzərində nəzarətin onlara verildiyini elan etmişdi. Onlar xüsusi olaraq, Məsudun atasının "Pəncşir Aslanı" məqbərəsinin yanında bir video çəkərək paylaşmışdılar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook