SON XƏBƏR

PKK-nın yaradıcılarından biri məhv edildi - Dəfndə iştirak edənlər öldürüldü

Noyabr 18
14:09 2021
Türkyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının birgə keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının yaradıcılarından biri olan "Fuat” kod adlı Əli Heydər Kaytan məhv edilib.

Qaynarinfo xəbər verir ki, o, İraqın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib. Məlumata görə, MİT hadisə yerində araşdırma apardıqdan sonra zərərsizləşdirilən terrorçular arasında Əli Heydər Kaytanın da meyitinin olduğunu təsbit edib. Amma PKK rəhbərliyi terror qruplaşması daxilində təşviş yaranmaması üçün onu gizlicə dəfn edib.

Qruplaşma rəhbərliyi Əli Heydər Kaytanın məhv edildiyini bilən və basdırılmasında iştirak edən şəxsləri öldürdüb. Onun dəfn olunduğu yer isə yalnız qruplaşma başçılarına məlumdur.

Əli Heydər Kaytan PKK terrorçularının başçısı Abdullah Öcalandan sonra qruplaşamada sözü keçən əsas fiqurlardan biri sayılırdı. O, 2016-cı ildə terrorçu PKK-nın adından terrorçu-kamikadzeləri seçərək Ankarada Merasim küçəsi və Güvənparka hücum etmək üçün təlimatlandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook