SON XƏBƏR

Polis “Fairmont Baku”da əməliyyat keçirir (VİDEO)

İyul 05
17:18 2020
Xəbər verdiyimiz kimi, Bakının məşhur hotellərindən olan "Fairmont Baku" karantin rejiminin qaydalarına zidd olaraq hovuzu müştərilər üçün açıq edib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hazırda Bakı polisi sözügedən hoteldə əməliyyat keçirir.

Karantin rejimini pozan müştərilərlə yanaşı, hotel rəhbərliyinin də İnzibati Xətalar məcələsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı gözlənilir.

Daxili İşlər Nazirliyi yaxın dəqiqələrdə məsələ ilə bağlı rəsmi açıqlama yayacaq.
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook