SON XƏBƏR

Polşa İnsan Haqları Konvensiyasının bu hissəsini tanımaqdan imtina etdi

Noyabr 25
12:00 2021
Polşa Konstitusiya Məhkəməsi Avropa İnsan Haqları Konvensiyasının bəzi müddəalarını ölkənin əsas qanunlarına uyğun gəlmədiyinə görə konstitusiyaya zidd hesab edib.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "Wiadomosci” nəşri yayıb.

Söhbət konvensiyanın o bölməsindən gedir ki, ona əsasən AİHM Konstitusiya Məhkəməsi hakimlərinin müstəqilliyini və onların təyin edilməsinin qanuniliyini yoxlamaq hüququna malikdir. Polşa hakimlərinin fikrincə, AİHM-in belə yoxlamalar üçün heç bir əsası yoxdur, çünki məhkəmənin müstəqilliyinin mənbələri "konstitusiya və nizamnamələr”dir və məhkəmənin müstəqilliyi konkret iş üzrə qiymətləndirilməlidir.

Polşa hüquq orqanlarının fikrincə, məhkəmənin və hakimlərin statusu, o cümlədən onların təyin edilməsi qaydaları "yalnız Konstitusiyada göstərilib və AİHM-in yurisdiksiyasına aid deyil”.

Eyni zamanda, məhkəmənin qərarında qeyd olunur ki, AİHM-in məhkəmə təcrübəsi və onun insan hüquqlarının müdafiəsi sahəsində standartların işlənib hazırlanması və təkmilləşdirilməsində rolu şübhəsizdir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook