SON XƏBƏR

Prezident Argentinaya yeni səfir təyin edib

Avqust 19
18:39 2022
Azərbaycan Argentinaya yeni səfir təyin edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə R.Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook