SON XƏBƏR

Prezident: "Azərbaycan Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamağa hazırdır”

Noyabr 26
19:22 2021
"Biz Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərini dəstəkləməsini yüksək qiymətləndiririk”.

Qlobal.az xəbər verir ki, bunu Azərbaycan Prezdenti İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.

Dövlət başçısı deyib ki, rəsmi Bakı Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesə başlamağa hazırdır: "Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Delimitasiya prosesinə başlamağa hazırıq. Bundan başqa biz açıq şəkildə Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamaq üçün sülh müqaviləsi üzərində işə başlamağı təklif etdik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook