Putin: Rusiya olmadan Ermənistan -Azərbaycan sərhədi problemi həll oluna bilməz
Oktyabr 22
00:27
2021
Rusiya Ermənistanla Azərbaycan arasındakı sərhəd probleminin həllində əsas rol oynaya bilər. Bu barədə cümə axşamı Rusiya Prezidenti Vladimir Putin Valday Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, keçmiş SSRİ respublikalarının sərhədlərinin xəritələri Rusiya Baş Qərargahında olduğu üçün bunu Rusiyasız etmək mümkün deyil.
Rusiya prezidenti qeyd edib ki, eyni zamanda Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələsinin həlli qarşılıqlı kompromislər tələb edir.