SON XƏBƏR

Putinin İrana səfəri gözlənilir

May 16
11:19 2022
Rusiya Prezidenti Vladimir Putinin İrana cavab səfəri edəcəyi gözlənilir.

"Report” xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Calali "RİA Novosti”yə müsahibəsində bildirib.

"Biz Rusiya Prezidenti Vladimir Putini ona uyğun vaxtda qəbul etməyə hazırıq. Habelə biz Tehranda "Astana formatı”nda Zirvə toplantısını keçirməkdə də maraqlıyıq”, - diplomat qeyd edib.

Onun sözlərinə görə, 2022-ci il yanvarın 19-20-də İran Prezidenti İbrahim Rəisinin Moskvaya səfəri iki ölkə arasında dönüş nöqtəsi olub. Səfir deyib ki, son aylarda iki ölkə prezidentlərinin razılaşmalarının həyata keçməsi məqsədilə müxtəlif sahələri təmsil edən çoxsaylı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutub.

Qeyd edək ki, Suriya məsələləri üzrə sülh danışıqları prosesi olan "Astana formatı” Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə 2017-ci il yanvarın 23-24-də Qazaxıstanın paytaxtı Nur-Sultanda (2019-cu ilədək Astana) keçirilən görüşdə yaranıb. Bu formatın məqsədi Suriyada vətəndaş müharibəsini başa çatdırmaqdır. Danışıqlar prosesində Rusiya, Türkiyə, İran, ABŞ, və BMT, habelə Bəşar Əsədin və müxalifətin nümayəndələri iştirak edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook