SON XƏBƏR

“Putinlə güc mövqeyindən danışmaq lazımdır” - Lex Valensa

İyun 06
10:02 2022
Polşanın sabiq Prezidenti Lex Valensa Ukraynadakı müharibəni şərh edib.

"Kim isə dövlətin başında 20 il duracaqsa, o, mütləq elə sistem quracaq və onu hətta müharibə qiymətinə belə, müdafiə edəcək. Putinlə güc mövqeyindən danışmaq lazımdır…”

Bu fikri Valensa «İnteria» nəşrinə müsahibəsində səsləndirib.

O, həm də qeyd edib ki, Prezident olarkən bir neçə səhv buraxıb.

«Mən, planlaşdırmışdım ki, Avropa İttifaqına və NATO-ya Ukrayna və Belarusla birlikdə daxil olaq. Amma Polşa və Macarıstan barədə mən, açıq danışdım, gizlində isə bu ölkələrə beynəlxalq koalisiya qurmaqla can atdım. Boris Yeltsinlə biz bunu edə bilərdik, amma mənim ikinci müddətim çatmadı. Sonra hər şey çökdü. Rusiya, başqa məsələdir» - o, fikirlərini bölüşüb.

Onun sözlərinə görə, birinci dərəcəli məsələ SSRİ-ni dağıtmaq və onun ordusunu Polşa torpaqlarından çıxarmaq, son nəticədə Rusiyanı lazımi axara qaytarmaqdan və onun siyasi sistemini dəyişməkdən ibarət olub.

«Bu ölçülərdə ölkədə bir nəfər özü nüvə müharibəsi məsələsini həll edə bilməz, çünki bu, sülh üçün təhlükədir» - Valensa qeyd edib, əlavə edib ki, bunu xeyir işlər xatirinə etmək olardı və rusiyalılara göstərmək olardı ki, belə onlar yaxşı yaşayacaqlar». Amma hətta indi də bu barədə danışmaq çətindir, çünki bu, çox təhlükəlidir, Valensa hesab edir.

AzPolitika.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook