SON XƏBƏR

“Qalaaltı”nın yaxınlığındakı meşədə yanğınlar tam nəzarətə götürüldü

Avqust 18
13:51 2022
Şabran rayonunda yerləşən "Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.

"Report”un əldə etdiyi məlumata görə, həmin ərazidə yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən tam nəzarətə götürülüb.

Bəzi ərazilərdə alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Digər ərazilərdə isə yanğınla mübarizə tədbirləri davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook