SON XƏBƏR

Qara Qarayevin son durumu açıqlanıb

İyul 12
23:59 2022
"Qara Qarayevin haqqında konkret fikir bildirmək çətindir".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis yarımmüdafiəçinin sabah ikinci dəfə tibbi müayinədən keçəcəyini bildirib: "Onun tam ciddi yox, amma bir az problemi ola bilər. Sabah daha dəqiq məlumat əldə etmək mümkündür".

Qeyd edək ki, 30 yaşlı oyunçu zədə səbəbindən "Lex"lə matçda iştirak etməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook